Bütün xəbərlər
Şəbnəm Tovuzlu: “YouTube” kanalımdan hər ay 2500 dollar qazanıram”
Tarix: 19-05-2020 15:09 | Bölmə: Mədəniyyət



“Uşaqlıqdan hər tikəmi ətrafımla bölüşürəm”.
Oxu.Az xəbər verir ki, bunu müğənni Şəbnəm Tovuzlu “ARB” telekanalında yayımlanan “Ona qalsa” səhər şousunda qonaq olarkən deyib.
Sənətçi rəsmi “YouTube” kanalından hər ay 2500 dollar pul qazandığını açıqlayıb:
“Əmim oğlu Ceyhun Əsədov 2017-ci ildən “YouTube” kanalımı idarə edir. O kanal Ceyhuna verdiyim bacı hədiyyəsidir. Bizim aramızda pul söhbəti ola bilməz. Hər ay kanalım 2500 dollara kimi qazanc gətirir. Halal olsun”.
Verilişin aparıcısı, şair Nazilə Səfərlinin “Karantin rejimi müddətində yanında çalışan insanları dolandıra bildin?” sualına Ş.Tovuzlu belə cavab verib:
“İşçim çoxdur. Yanımda yeddi nəfər çalışır. Karantin dövründə onları çox yüksək səviyyədə maliyyələşdirə bilmişəm”.
Müğənni “Toy olmasa da, xınayaxdılarımız var. Bunları evdə keçirmək olur” deyərək, fikirlərini tamamlayıb. 


Baxış sayı: 615


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya