Zeynəb Xanlarovanın oğlu: “Anam Bakıda evdədir, səhhəti də yaxşıdır”
Tarix: 19-05-2020 11:57 | Bölmə: Mədəniyyət

             Zeynəb Xanlarovanın oğlu: “Anam Bakıda evdədir, səhhəti də yaxşıdır”


“Zeynəb Xanlarovanın səhhəti qaydasındadır, heç bir problem yoxdur”. 
Bu barədə APA-ya Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev məlumat verib.
“Anam Bakıda evdədir. Allaha şükür, səhhəti də yaxşıdır. Bu xəbərlər yalandır”, - deyə o bildirib. 
Qeyd edək ki, bəzi saytlarda Z. Xanlarovanın dünyasını dəyişdiyinə dair məlumatlar yayılıb. 


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər