Anasının dəfn mərasimi üçün DİN-dən özəl icazə aldı
Tarix: 29-04-2020 17:29 | Bölmə: Mədəniyyət

                 Anasının dəfn mərasimi üçün DİN-dən özəl icazə aldı

Türkiyənin məşhur müğənnisi Bülent Ersoy vəfat edən anası Necla Poyrazın yas mərasimi üçün Daxili İşlər Nazirliyindən özəl icazə alıb. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Qeyd olunub ki, nazirlik sosial məsafə qaydasına əməl olunacağı təqdirdə dəfnin keçirilməsinə müsbət rəy verib.

Bundan sonra infarkt keçirən 86 yaşlı N. Poyrazla vida mərasimi Zincirlikuyu Məscidində baş tutub. Cənazə namazından sonra mərhum torpağa tapşırılıb.
“Anam öldü, anasız qaldım. Bir övlad hansı yaşda olursa -olsun, anası üçün uşaqdır. Ana başqa şeydir. Allah valideynlərinizi qorusun. Rəfiqəm Nur Yerlitaşın ölümündən iki saat sonra həyatını itirdi”, - deyə B. Ersoy KİV nümayəndələri ilə qısa söhbət zaman bildirib.




Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər