Azərbaycanda məşhur müğənni koronavirusa görə dövlətdən 1000 manat aldı (VİDEO)
Tarix: 27-04-2020 14:18 | Bölmə: Mədəniyyət
Azərbaycanda məşhur müğənni koronavirusa görə dövlətdən 1000 manat aldı (VİDEO)

"Hamı bilir ki, biz müğənnilər vergi ödəyicisiyik. Fərdi sahibkar kimi Vergilər Nazirliyindən rəsmi qeydiyyatdan keçmişik. Koronavirus səbəbindən dövlət sahibkarlara yardım etdi. O yardımdan mənə də pay düşdü”.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu ARB TV-də yayımlanan "Hüseynova bacıları” proqramında şou-biznesdə "Faytonçu” təxəllüsü ilə tanınan müğənni Nazim Pişiyari deyib.
O, dövlətdən 1000 manat yardım aldığını diqqətə çatdırıb:
"Mən dövlətdən 1000 manata qədər kömək aldım. Mənim kimi digər həmkarlarım da vergi ödəyicisidirsə, dəstək alıblar”. 
                     


Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər