Bütün xəbərlər
Əbülfəs Qarayev təqdimat mərasimində
Tarix: 24-12-2019 21:37 | Bölmə: Mədəniyyət

                   Əbülfəs Qarayev təqdimat mərasimində

Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yazıçı-publisist, professor Hüseynbala Mirələmovun İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Son səfər” povesti, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “İmadəddin Nəsimi. Biblioqrafiya” kitabı və “İmadəddin Nəsimi – 650” elektron məlumat bazasının təqdimatı keçirilib.
"Qafqazinfo" xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, bu gün ölkə başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya səviyyəsində nümunəyə çevrilib, regionun qabaqcıl dövlətləri sırasında yer alır. Tədbir iştirakçıları adından ölkə başçısını doğum günü münasibətilə təbrik edən nazir 2019-cu ilin “Nəsimi ili” elan olunmasını bütövlükdə mədəniyyətimizin uğuru kimi dəyərləndirib. Əbülfəs Qarayev ölkə rəhbərliyi səviyyəsində Nəsimi yaradıcılığına daim diqqət göstərildiyini diqqətə çatdırıb.
Sonra İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan qısa film nümayiş etdirilib. Sonda “İmadəddin Nəsimi - 650” elektron məlumat bazası təqdim olunub.


Baxış sayı: 568


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya