Bütün xəbərlər
Almaniya portalı azərbaycanlı pianoçudan yazıb
Tarix: 18-12-2019 01:01 | Bölmə: Mədəniyyət



Almaniyanın “reservix” internet portalında dərc edilən yazıda azərbaycanlı pianoçu İsfar Sarabski haqqında məlumat verilib.
SABAHA-İNAMLA.AZ AZƏRTAC-A istinadən xəbər verir ki, yazıda Sarabskinin 2020-ci ildə Hamburq şəhərindəki Elb Filarmoniyasında və “Musiqi Qışı” festivalında çıxış edəcəyi nəzərə çatdırılır.
Almaniyada yaşayan həmyerlimiz, məşhur caz ifaçısı Əzizə Mustafazadədən söz açıldığı yazıda, onun da 1994-cü ildə “Musiqi Qışı” festivalında iştirak etdiyi qeyd olunur. Əzizənin Azərbaycan musiqilərini öz dəst-xəttinə uyğun ifa etdiyi bildirilir. Yazıda Əzizənin atası Vaqif Mustafazadənin hələ 1950-ci illərdən etibarən ənənəvi musiqiləri caz ilə sintez etməyə başladığı, Azərbaycanda cazın əsasını qoyan insanlardan biri olduğu vurğulanır. Həmçinin Azərbaycan musiqisində bu ənənələr əsasında yeni nəslin formalaşdığı, onların arasında İsfar Sarabskinin də olduğu qeyd olunur. Sarabskinin də vətəni Azərbaycanın musiqi ənənələrinə bağlı olduğu diqqətə çatdırılır. Xüsusi istedada malik olan gənc ifaçının hələ 19 yaşında olarkən Montre Caz Festivalının qalibi olduğu, Asiya, Avropa və Amerikada keçirilən festivallarda daim iştirak etdiyi vurğulanır.



Baxış sayı: 560


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya