Bütün xəbərlər
Hərbi jurnalist İlham Ələkbərov : Azərbaycan muğamına kimlərlə və harada qulaq asmaq zamanını yalnız Mehriban xanım təyin edə bilər
Tarix: 17-12-2019 10:23 | Bölmə: Mədəniyyət
Ümummilli liderimiz Heydər Əliyevin Şuşada keçirilən möhtəşəm muğam bayramlarında iştirakı hamının  xatirindədir. Yəqin ki, Qarabağımızda məskunlaşdırılmış ermənilər də həmin illəri çox yaxşı xatırlayır və bir daha o xoş, unudulmaz günlərin həsrəti ilə yaşayırlar.  Onlar tədbirlərdə iştirak edəndə, Ümummilli Liderimiz Heydər Əliyevin qabağına qaçaraq ona baş əyəndə, bu keçirilən mahnı bayramı bütün sovet məkanına səs salanda, SSSR-i mətbuatında işıqlandırılanda, Anna Hakopyan, sən hələ dünyaya gəlməmişdin, Qarabağın harada yerləşdiyini  belə bilmirdin. Muğamdan xəbəri olmayan, Anna Hakopyan, sən kim olursan ki, müğamı dünyaya tanıdaraq sevdirən, Azərbaycan Respublikasının birinci vitse prezidentini, birinci xanımını, YUNESCO və İSESCO-nun xoşməramlı səfirini öz yurdunda, öz torpağında muğamı dinləməyə dəvət etməyə cürət edirsən? Bil və unutma ki, Mehriban xanım dövlət xadimi, beynəlxalq aləmdə xeyriyyəçi, sülh carçısı kimi tanınan tarixi bir şəxsiyyətdir. Azərbaycan muğamına harada və kiminlə  qulaq asmaq qərarını yalnız və yalnız Mehriban xanım  özü  qəbul edə bilər.
           Sülhə dəyər verən hər kəsin dostu olan Mehriban xanımın,  Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən dostluq ordeni ilə təltif edilməsi bunun bariz sübutudur. Biz şovinizmdən uzaq, tolerantlıgı və multikultural dəyərləri ilə  beynəlxalq aləmə nümunə olan bir xalqıq.Zaman-zaman sizləri çox bağışlamışıq. Nə qədər öz yalanlarınıza inansanız da  dünya artıq əsl həqiqətləri bilir. İndi XVIII-XX əsrlər  deyil. Onu da bil və unutma ki, bu günün Azərbaycanı 1988-1992-ci illərin Azərbaycanı  deyil. Artıq bu gün Azərbaycan böyük potensiala malik olan hərtərəfli inkişaf etmiş müstəqil qüdrətli bir dövlətdir. Qarabağ hadisələri başlayandan indiyə qədər törətdiyiniz bütün vəhşiliklər, qətliamlar-Xocalı  soyqırımı video görüntülərdə  öz əksini tapmışdır.
Dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Cabbar Qaryağdıoğlunun, Bül-Bülün, Xan Şuşinskinin, Süleyman  Ələsgərovun və yüzlərlə dahi şəxsiyyətlərin ana vətəni olan Şuşamızda, çox yaxınzamanda növbəti beynəlxalq muğam festivalını keçirəcəyik.Cıdır düzündə, öz doğma yurdumuzda,muğamatın şahı olan Qarabağ şikəstəsini   dinləyəcəyik.
Sabaha-inamla.Az


Baxış sayı: 743


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya