Bütün xəbərlər
Könüllülər üçün "Milli-Mənəvi dəyərlərimizin təbliğ olunmasında gənclərin rolu" mövzusunda seminar keçirildi
Tarix: 15-12-2019 22:33 | Bölmə: Mədəniyyət
Bu gün ASAN 4 və "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin birgə təşkilatçılığı ilə ASAN 4 könüllülər üçün "Milli-Mənəvi dəyərlərimizin təbliğ olunmasında gənclərin rolu" mövzusunda seminar keçirildi. Seminarda ilk olaraq "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının akademiki Elvin Talışınski çıxış edərək bildirdi ki, hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Sevindirici haldır ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərə sadiqdir, dünyada gedən qloballaşma prosesində özünəməxsus mədəniyyətini qoruyur. E.Talışınski həmçinin qeyd etdi ki, milli-mənəvi dəyərlərin gənclərin cəmiyyətdə formalaşmasında yeri və rolu olduqca əhəmiyyətlidir. Bunun üçün də hər bir Azərbaycan gənci öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini qorumalı və layiqincə yaşamalıdır. Daha sonra İctimai Birliyin sədr müavini Qorxmaz Paşayev çıxış etdi. Q.Paşayev çıxışında İctimai Birliyin bu günə qədər həyata keçirdiyi layihələr haqqında məlumat verdi. O, bildirdi ki, bu vaxtadək birlik milli-mənəvi dəyərlər sahəsində bir çox layihələr, tədbirlər və seminarlar həyata keçirmişdir. Daha sonra gənclərin də bu sahəyə maraq göstərmələrinin vacibliyindən və əhəmiyyətindən danışdı. Sonda gənc könüllülərin suallarına cavab verildikdən sonra seminar öz işini uğurla başa vurdu. Daha sonra gənclərlə birlikdə xatirə foto şəkil çəkdirildi.
Sabaha-inamla.Az






Baxış sayı: 991


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya