Bütün xəbərlər
“Həyat yoldaşım boşanmağa ərizə verməsəydi...” - Fotolar
Tarix: 15-12-2019 18:23 | Bölmə: Mədəniyyət

                   “Həyat yoldaşım boşanmağa ərizə verməsəydi...”

"Tələbləri çox yüksək olan bir qadınam. Ola bilər evdə fiziki olaraq, hansısa yeməyi bişirməyə, qonaq qarşılamağa çatdırmayım. Amma evimdə bunu edəcək insanlar olub. Ailəm də buna görə dağılmayıb. Heç kim heç nədən sığortalı deyil".
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri "Söhbətsiz" verilişində qonaq olan Əməkdar artist Lalə Məmmədova deyib. O, ailəsinin dağılmasının sonu ilə bağlı yayılan söz-söhbətə belə aydınlıq gətirib:
"Mənim ailəmlə bağlı sözlər deyənin özü də boşanıb. Bir kişiyə bu sözləri yaraşdırmıram. Mənim arxamda kişi yoxdur. Mən təkəm. Bəlkə mənim ailəm 8 il yox, daha çox davam edərdi. Bir yox, iki 8 il dözərdim. Əgər keçmiş həyat yoldaşım boşanmağa ərizə verməsəydi. Mücadiləni hər iki tərəf etməlidir. Bir tərəf mücadilə edirsə, qırılmalıdır. Hər zaman deyirəm, övladlarımın atasıdır. Onun haqda pis danışa bilmərəm. İnsanın tələbləri, baxışı zamanla dəyişir".
Qeyd edək ki, L.Məmmədovanın iki övladı var.





Baxış sayı: 587


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya