Bütün xəbərlər
Niyaməddin Musayev ölüm xəbərini yayanlar haqda: Şərəfsizliyin son həddidir
Tarix: 12-12-2019 01:18 | Bölmə: Mədəniyyət



Sosial şəbəkələrdə xalq artisti Niyaməddin Musayevin ölüm xəbəri yayılıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilib.  
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Niyammədin Musayevlə əlaqə saxlayıb.  
Zəngimizə cavab verən sənətçi yayılan xəbərlərdən stress və əsəb keçirdiyini bildirib:  
“Mənim ölüm xəbərimi kim yayıb axı? Utanmırlar, bu cür cəfəng şeylər yazırlar. Maraqlanıram, amma tapa bilmirəm. Saytına baxış sayı artırmaq üçün bu cür şərəfsizlik edirlər. Mən sağ-salamatam. Bu kimi xəbərləri yayanlar şəxsiyyətsiz və şərəfsizdirlər. Mən onları tapıb məhkəməyə verə bilərəm amma mənliyimə sığışdırmıram.  
İnanın, bu, alçaqlığın son həddidir. Hamı gecə-gecə narahat olub, bir-bir mənə zəng vururlar. Telefonum susmur. Öyrənmədən bu cür əsassız bir məlumatı yaymaq əxlaqsızılıq və mənəviyyatsızlıqdır”.  


Baxış sayı: 606


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya