Bütün xəbərlər
Azərbaycanlı qız "O səs Türkiyə"də hər kəsi heyran qoydu - VİDEO
Tarix: 25-11-2019 15:25 | Bölmə: Mədəniyyət
Azərbaycanlı qız "O səs Türkiyə"də hər kəsi heyran qoydu - VİDEO 
Azərbaycanlı qız "O səs Türkiyə"nin dünənki buraxılışında ifası ilə münsiflər heyətini və salondakı tamaşaçıları heyran edib.
BAKU.WS xəbər verir ki, yarışmaya Bakıdan qatılan Günay Bəylərqızı adlı iştirakçının təqdim etdiyi "Saçlarını yol gətir" mahnısı alqışlarla qarşılanıb.
Tamaşaçılar "bir daha" qışqıraraq Günayın ifasını növbəti dəfə eşitmək istədiklərini bildiriblər. 
Günay ilk saniyələrdən şoumen Bəyaz, Hadisə, Murat Boz və Seda Sayanı özünə tərəf döndərməyi bacarıb. Seçim qarşısında qalan azərbaycanlı xanım Murat Bozun komandasında olmaq istədiyini bildirib.
                       


Baxış sayı: 587


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya