Bütün xəbərlər
Miri Yusifə söz atdı, səhəri görüşdülər - Foto
Tarix: 18-11-2019 15:07 | Bölmə: Mədəniyyət

                      Miri Yusifə söz atdı, səhəri görüşdülər

Xalq artisti Miri Yusif ötən gün Türkiyənin stəndap ulduzu Cem Yılmazla bir araya gəlib. 
“Qafqazinfo” xəbər verir ki, sənətçi, əvvəlcə Bakı Konqres Mərkəzində komediya aktyorunun çıxışını izləyib, daha sonra xanımı Nərgiz Mirbabayeva ilə birgə Cemlə görüşüb. 
O, instaqramda foto paylaşaraq C. Yılmazın ona söz atmasına münasibət bildirib: “Düzdür, bu gün tanış olduq. Amma zarafatımız dünəndən var. Gözəl konsert, gözəl sənətkar”. 
Qeyd edək ki, aktyor yerli KİV nümayəndələri ilə görüşü zamanı “bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram” –deyə bildirmişdi. Onun bu fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.


Baxış sayı: 671


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya