Bütün xəbərlər
"Azərkitab"da bəstəkar Faiq Sücədinovun yaradıcılıq gecəsi keçirilib -FOTO/ VİDEO
Tarix: 09-11-2019 01:51 | Bölmə: Mədəniyyət


Faiq Süccədinovun yaradıcılıq gecəsi - VİDEO

 "Bu konsertə illərlə hazırlaşırdım"-Faiq Cücəddinov

Tədbirdə bəstəkar fortopianoda öz əsərlərini ifa edib.
"Azərkitab" Kitab Təbliğatı Mərkəzində xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib. Gecədə bəstəkar öz əvəzolunmaz bəstələri ilə tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb..
Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov 14 iyun 1947-ci ildə anadan olub.
1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olub.
1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başlayır. XX əsrin 80-ci illərində Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırır və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirir.
                            
1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakultəsinə qəbul olub.
1981 il-də Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakultəsini bitirir.
2000-ci illərdə Faiq Sücəddinov Türkiyədə və Kirpdə yaşayıb - fəaliyyət göstərir.
Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün “Atatürk” odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) vardır. 2006 ci- ildən Azərbaycan Respublikasının Xalq Artistidir, Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib (2007). 14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Kamran Orucov
Sabaha-inamla.Az






                 
   
       
           



Baxış sayı: 1 085


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya