Bütün xəbərlər
Azərbaycanda oğurluq etdiyinə görə ABŞ-a qaçıb - Şok iddia
Tarix: 08-11-2019 16:18 | Bölmə: Mədəniyyət

                      Azərbaycanda oğurluq etdiyinə görə ABŞ-a qaçıb


“Həyat davam edir” serialı ilə populyarlaşan və Amerikada özündən 48 yaş böyük Patriklə evlənən aktrisa Məltəm Miraloğlu barədə şok iddia irəli sürülüb. “Qafqazinfo” xəbər verir ki, TV 8-də yayımlanan “Gəl danışaq” proqramında qonaq olan musiqiçi Onur Akay aktrisanın ABŞ-a getmə səbəbindən danışıb. 
O, verilişə telefonla bağlanaraq Məltəmin Azərbaycanda oğurluq etdiyini, bundan sonra Amerikaya qaçdığını bildirib. Məlumata əsasən, M. Miraloğlu xaricə getməmişdən əvvəl Bakıda bir filmin qala gecəsinə qatılıb. Aktrisa tədbirdə yanında olan sənətçilərlə qalmaqal yaşayıb. 
“Yanında olanların mənə dedikləri bir iddia var. Mən də çox təəccübləndim. Bir oğurluq hadisəsindən bəhs etdilər. Yəni, ABŞ-a məcburiyyətdən qaçıb”,- deyə O. Akay vurğulayıb.



Baxış sayı: 580


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya