Bütün xəbərlər
Azərbaycan Bəstəkarlar İttifaqının katibləri məlum olub - SİYAHI
Tarix: 31-10-2019 14:50 | Bölmə: Mədəniyyət
                                      

Azərbaycan Bəstəkarlar İttifaqına iki katib və bir məsul katib seçilib.
İttifaqın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 31-də Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilib.
İclasda İdarə heyətinin üzvləri tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov və tanınmış musiqişünas, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova yekdilliklə yenidən Azərbaycan Bəstəkarlar İttifaqının katibləri seçiliblər.
İclas iştirakçıları həmçinin tanınmış musiqişünas, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanı Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi vəsifəsinə seçilməsinə yekdilliklə səs veriblər.
                           



Baxış sayı: 662


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya