Bütün xəbərlər
Ağamirzə Samirin qardaşını toylara aparacaq
Tarix: 11-10-2019 17:06 | Bölmə: Mədəniyyət

                  Ağamirzə Samirin qardaşını toylara aparacaq


Tanınmış meyxana ustadı Ağamirzə Məmmədov müğənni Samir Cavadzadənin kömək istəyən qardaşı Raminə dəstək olub. 
“Qafqazinfo” xəbər verir ki, o, “Elgizlə İzlə” proqramına qonaq olarkən Kamran Cavadzadəni meyxanaçı kimi toylara aparacağını bildirib:
“İfasına qulaq asdım. Qafiyə, məntiq var. İndi yadıma düşür, biz Moskvada görüşmüşdük. Özünü yaxşı aparsa, mən onu dəstəmə qoşacam.
                              
Maştağa toylarına gedərik, meydanlarda çıxış edərik. Efir də əlimizdədir”. 
Qeyd edək ki, bir neçə həftə bundan əvvəl efirə çıxan Ramin Cavadzadə səfil həyat sürdüyünü, xəstə olduğunu və köməyə ehtiyacı olduğunu bildirmişdi. 


Baxış sayı: 543


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya