Bütün xəbərlər
AzTV-də yeni təyinatlar - Siyahı
Tarix: 08-10-2019 23:26 | Bölmə: Mədəniyyət

              AzTV-də yeni təyinatlar


AzTV-də kadr dəyişiklikləri olub.
"Qafqazinfo" TV-nin saytına istinadən xəbər verir ki, QSC-də baş prodüser vəzifəsində çalışan Hikmət Yaqubov tutduğu vəzifədən azad edilib. O, “Mədəniyyət” kanalında direktor müavini postuna təyin edilib.
Baş prodüser vəzifəsi TV-nin Bədii rəhbərinin müavini Nazilə Babayevaya, baş rejissor vəzifəsi isə Əməkdar incəsənət xadimi Ülviyyə Kərimovaya həvalə edilib.
Daha bir kadr təyinatı isə “İdman” kanalında olub. Belə ki, tanınmış jurnalist Rövşən Binnətli sözügedən kanalın direktor müavini təyin olunub.


Baxış sayı: 543


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya