Bütün xəbərlər
“Atəşkəs” filmi "Türk Dünyası mükafatı"na layiq görülüb - VİDEO
Tarix: 07-10-2019 13:29 | Bölmə: Mədəniyyət

           


Beynəlxalq Avrasiya Mətbuat Fondu və Macar Turan Fondunun birgə istehsalı olan "Atəşkəs" filmi 4-cü Türk Dünyası Belgesel Film Festivalının qalibi olub.
Eurasia Diary xəbər verir ki, Festival "9 ölkə, 9 şəhər, bir festival" sloqanı ilə hər il türk dünyası ölkələri arasında keçirilir. Builki 4-cü Türk Dünyası Belgesel Film Festivalında 172 sənədli film iştirak edib. Türk Dünyası Qazetecilər Dərnəyinin baş ofisində keçirilən dəyərləndirmə zamanı münsiflərin yekdil qərarı ilə final mərhələsinə keçən "Atəşkəs" filmi festivalın qalibləri sırasında yer alıb.  Festivalın mükafatı Macar Turan Fondunun rəhbəri Qabor Szabo adına Fondun İcraçı direktoru Varga Zoltana və Ahmed Barışcıla təqdim edilib.  Bu barədə Ahmed Barışcıl öz Facebook səhifəsində məlumat verib. O, bu mükafata layiq görüldüklərindən qürur duyduğunu ifadə edib və BAMF-ın prezidenti, bu əsərin gizli qəhrəmanı Umud Mirzəyevə təşəkkür etməyi özünə borc bildiyini ifadə edib.     
       
Filmin mükafatlandırma mərasimində çıxış edən Varga Zoltan “Macar xalqı, Avropanın qəlbində dövlət meydana gətirən və min illərdir orada varlığını sürdürən Turani bir millətdir. Bizlər Avropanın qəlbində turan xalqları üçün çalışırıq. Bu filmi hazırlamağımızda əsas məqsədimiz də Azərbaycanın Qarabağ münaqişəsinin Avropaya daha müfəssəl anlatmaqdır”, - deyə bildirib. 
Daha sonra çıxış edən Əhməd Barışcıl "Qarabağ təkrar türk torpağı olana qədər, sənət çalışmalarımız heç durmadan davam edəcəkdir" deyə qeyd edib. Mükafatlandırma mərasimi TRT və bir çox kanallar vasitəsi ilə canlı yayımlanıb. Qalib filmlərin türk dünyasının hər bir ucqar bölgəsində işıqlandırılması nəzərdə tutulub.
Umud Mirzəyev BAMF-ın Macar Turan Fondu ilə birlikdə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə istehsal etdiyi Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs”  filminin ərsəyə gəlməsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi hörmətli Əli Həsənovun və Millət vəkili Azay Quliyevin, eləcə də Macar Turan Fondunun rəhbəri Andras Biroya, o cümlədən çəkilişdə əməyi olan hər kəsə təşəkkür etdiyini bildirib.   
      
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən istehsal olunan “Atəşkəs” sənədli filmi ilk dəfə 2014-cü ilin fevralın 17-də Nizami Kino Mərkəzində, 09 dekabr 2015-ci il tarixdə isə Macarıstanın məşhur Uraniya kino salonunda nümayiş etdirilib.
Eurasia Diary filmi təqdim edir:
                    

                    




Baxış sayı: 592


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya