19:00 / 13-10-2019
Elton Türkiyəyə köçdü
“Birinci sinfə Bakıda getmişəm” - Məşhur rejissor + Video
Tarix: 14-09-2019 10:57 | Bölmə: Mədəniyyət

                   “Birinci sinfə Bakıda getmişəm”


“Moskva göz yaşlarına inanmır” filminə görə “Əcnəbi dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülən RSFSR-in Xalq artisti, kinorejissor Vladimir Menşov Azərbaycanın paytaxtı haqda film çəkmək istədiyini bildirib.
Sabaha-inamla.Az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə o, 80 illik yubileyi ərəfəsində Rusiya KİV nümayəndələri ilə görüşü zamanı danışıb.
“Azərbaycandan 8 yaşım olanda getdim. Mənim o vaxtkı uşaq yaddaşım həmin illəri təfərrüatı ilə yazmayıb. Özümü 5 yaşımdan epizodlarla xatırlayıram, amma hə, mənim erkən uşaqlığım orada keçib. Bakıda məktəbə, birinci sinfə getmişəm, sonra biz valideynlərimizlə köçdük. Mən Bakıya 20 yaşımda, Həştərxanda zavodda, Vorkutada şaxtada işləyəndən sonra qayıtdım.
                                 
Valideynlərim mənim kinoya, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna can atmağımı başa düşmürdü. Daxil olmamışdan əvvəl atam, keçmiş dənizçi kimi, məni Bakıda katerə işə düzəltdi və bir il orada işlədim. Amma həmişə bilirdim ki, mənim məqsədim – yerdə işləməkdir. Ağır skafandrı xatırlayıram, hansıda ki, quruda hərəkət etmək olmazdı, ancaq suda, o da ehtiyatla.
Əgər mənim Bakıda film çəkmək istəyimdən danışsaq, o zaman cavab “hə”dir, amma mənim artıq 50 yox, 80 yaşım var! Mən həm Bakı, həm Moskva və hətta Paris haqda film çəkmək istərdim. İstək var, amma güc o qədər də çox deyil, yükü bölüşdürmək lazımdır”, - V. Menşov “Moskva-Baku” nəşrinin sualını cavablandırarkən danışıb.
Xatırladaq ki, bu ilin aprelində V. Menşov MDB ölkələrində “Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri” layihəsi çərçivəsində doğma şəhərini ziyarət edib.
Qeyd edək ki, V. Menşov 1939-cu il sentyabrın 17-də Bakı şəhərində anadan olub.


Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər
13-10-2019, 19:00 Elton Türkiyəyə köçdü
23-09-2019, 01:00 "Sümbül ağa"ya şok sual