Bütün xəbərlər
Sumqayıtda təhsil işçilərinin regional konfransı keçirilib
Tarix: 08-09-2019 00:13 | Bölmə: Manşet
Sumqayıtda təhsil işçilərinin regional konfransı keçirilib. Təhsil işçiləri əvvəlcə Heydər parkda yerləşən ümummilli liderin abidəsinin önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub. Mərkəz haqda təhsil nazirinin müavini Firudin Qurbanova geniş məlumat verilib. 
Konfransa zalında davam etdirlən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sumqayıt şəhəri, Abşeran, Qubadlı, Zəngilan və Şuşa rayonlarının ümumtəhsil və məktəbdən kənar tərbiyə müəssisələrinin rəhbərləri, praktik psixoloqların iştirak etdiyi tədbirdə öncə Abşeron rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova məruzə ilə çıxış edib. Məruzədən məlum olub ki, qəbul imtahanında rayon 73 faiz nəticə göstərib. 
                                    
Qubadlı rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov, Zəngilan rayon Təhsil Şöbəsinin müdiri Nəsib Miriyev,Şuşa rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev hesabat xarakterli məruzələrlə çıxış ediblər.
Sumqayıt şəhər təhsil şöbəsinin müdiri  Arzu Alızadə tədbir iştirakçlarının nəzərinə çatdırıb ki, builki məzunların 130 nəfəri məktəbləri fərqlənmə attestatı. 10 nəfəri isə medalla bitirib. A.Alızadə onu da vurğulayıb ki. bu il Sumqayıt məktəblərindən 2834 şagird məzun olub. Qəbul imtahanlarında iştirak edən 2490 nəfər abituriyentdən 1906 nəfəri uğurlu nəticə göstərərək tələbə adını qazana bilib. Qəbul faizi 77 faizdir. 470 nəfər 500-dən,154 nəfər 600-dən, 40 nəfər isə 650-dən yuxarı bal toplayıb. 15 sinif komplekti 100 faiz nəticə göstərib. Şəhər məktəbliləri respublika və beynəlxalq olimpiadlarda uğurlu nəticə əldə ediblər. 
Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tuturdu. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alıb, yüksək dəyərləndirib. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sumqayıtda 9 nömrəli tam orta məktəbin tikintisi Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. 
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışında 2019-2020-ci tədris ili üçün bütün təhsil işçilərinə uğurlar arzulayıb. Və təhsilin inkişafından danışıb. Teymur Səmədov 70 illik yubileyini qeyd etməyə hazırlaşan Sumqayıtda müham layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. 
Sonda təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək hesabatları müqayisəli təhsil edib, təklif və rəylərini verib. 
Namiq Məmmədli
Sabaha-inamla.AZ






Baxış sayı: 904


Bölməyə aid digər xəbərlər