Bütün xəbərlər
Rusiya Təhlükəsizlik Şurasının katibi sabah Azərbaycana gələcək
Tarix: 03-09-2019 11:59 | Bölmə: Manşet

                                  Bakıda Azərbaycan-Rusiya  təhlükəsizlik məsləhətləşmələri keçiriləcək

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana gələcək. 
"Report" TASS-a istinadən xəbər verir ki, səfərdə məqsəd Rusiya və Azərbaycan arasında təhlükəsizlik üzrə məsləhətləşmələr aparmaqdır.  
"Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. O, Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və  bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə Rusiya-Azərbaycan təhlükəsizlik müşavirələri keçirəcək", - Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidmətinin açıqlamasında bildirilir.



Baxış sayı: 284


Bölməyə aid digər xəbərlər