Bütün xəbərlər
Mehriban Əliyevanın ad gününə həsr olunmuş gənc rəssamların əl işlərindən ibarət sərgi keçirilib
Tarix: 31-08-2019 19:08 | Bölmə: Manşet
Gənc rəssam: "Arzuma çatdım, Leyla xanım Əliyeva əsərimlə tanış oldu, onu bəyəndi"

Avqustun 30-da "Boulevard Hotel"-də Birinci vitse-prezident Mehriban Əliyevanın ad gününə həsr olunmuş gənc rəssamların əl işlərindən ibarət sərgi keçirilib.
                                
Sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. O, hər bir rəssamın əl işləri ilə tanış olaraq onlara uğurlar arzulayıb.
Bu barədə sərginin iştirakçısı, Şəmkir rayon Çinarlı qəsəbəsinin Natiq Süleymanov adına 2 saylı tam orta məktəbin müəllimi, gənc rəssam Mayılova Aysel Ziyadxan qızı sevincini Sabaha-inamla.az-la bölüşüb."Ən böyük arzum idi belə möhtəşəm səgidə birinci vitse prezident Mehriban Əliyevaya həsr etdiyim rəsm əsərim nümayiş olunsun. Arzuma çatdım. Hörmətli Leyla xanım Əliyeva əsərimlə tanış oldu, onu bəyəndi. Leyla xanım hər zamanki kimi möhtəşəm və səmimi idi. Problemlərimlə də maraqlandı. Sərgiyə Haci Nuran və bir sıra tanınmış qəlbi təmiz insanlar gəlmisdi. Fürsətdən istifadə edib ailəmiz adından  Leyla xanıma və Vasif Nəcəfzadəyə öz minnətdarlığımı bildirirəm".
Kamran Orucov
Sabaha-inamla.Az












Baxış sayı: 1 767


Bölməyə aid digər xəbərlər