Bütün xəbərlər
Sumqayıtın əmək qəhrəmanlarından biri tanınmış jurnalistin atası imiş -SUMQAYIT-70
Tarix: 30-08-2019 04:48 | Bölmə: Manşet


    Sumqayıtın 70 illik yubileyi ərəfəsində bu şəhərdə uzun illər yaşamış, xidmətləri olmuş, dəyərli bir ziyalını- Məmməd müəllimi də xatılamaq, yada salmaq istədik. Sadəcə istədik ki, 2006-cı ildə dünyasını dəyişmiş bu insanın ruhu şad olsun. O, Sumqayıtı canı, qanı qədər sevirdi. Onunla fəxr edirdi.
   Məmməd Məmmədov 1936-cı il dekabr ayının 22-də də Şahbuz rayonunun Nurs kəndində anadan olub. 1959-cu ildə Sumqayıt şəhərinə gəlib “Sintezkauçuk” İstehsalat Birliyində müxtəlif vəzifələrdə işləyib. Zavodda işlədiyi müddətdə müxtəlif fəxri fərmanlar, diplomlar alıb, haqqında oçerk yazılıb. Bir çox səmərləşdirici təkliflər irəli sürüb.O, işinin öhdəsindən layiqincə gəldiyinə görə “Şərəf nişanı” ordeninə layiq görülüb.
     Səhhəti ilə bağlı zovoddan çıxandan sonra, Sumqayıt şəhərindəki 26-cı kvartalda yerləşən 20 nömrəli yataqxanada uzun illər müdir vəzifəsində çalışıb. İstər zavodda, istərsədə yataqxanada işlədiyi müddətdə kollektivin hörmətini qazanıb. Bu gün də ondan söhbət gedəndə haqqında xoş xatirələr danışırlar, onu yaxşı insan kimi xatırlayırlar. Ömrünün sonuna kimi bu insan saf, təmiz yaşadı, halal pul qazandı, insnalara düz yol göstərdi. Sumqayıtın inkişafı üçün əlindən gələni etdi… Qurani Kərimi oxudu, Allaha sığındı.
Mərhumun Sumqayıt şəhər hüquq- mühafizə orqanlarında işləyən oğlu Zaur və tanınmış jurnalist Namiq Məmmədli onun adını uca tutmağa çalışırlar. Necə deyərlər"ot kökü üstə bitər". Sumqayıtda doğulan, bu şəhərdə fəhlə, müəllim işləmiş, hazırda "Sabaha inamla" qəzetinin və Sabaha-inamla.Az saytının baş redaktoru olan Namiq Məmmədli də atası kimi  öz işini xalqa, vətənə xidmətdə görür... Onun Sumqayıt qədər sevdiyi ikinci bir şəhər yoxdur. Rəhbərlik etdiyi mətbuat orqanlarında daim Sumqayıt haqqında sanballı yazılar yazır. Və Sumqayıtda gedən abadlıq, quruculuq işlərini işıqlandırır. Əmindir ki, günü-gündən gözəlləşən, çiçəklənən, gənclik şəhəri Sumqayıt dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Mətbuat sahəsində bu insanın öz nüfuzu, öz çəkisi var.Altı dəfə Azərbaycan Respublikası  Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun müsabiqəsində Qarabağ nominasiyası üzrə ( iki dəfə 1-ci, iki dəfə ikinci, iki dəfə 3-cü yerlərin) qalib olub. Sözügedən bu qurumun çıxardığı "Sözün zirvəsində" kitabında Qarabağla bağlı məqaləsi dərc olunub. Bu da onun ən böyük uğurlarından biridir. Hər zaman dahi Məmməd Arazın "heç bir mükafatın yetmədi mənə, bircə sağolun da bəsimdi Vətən"  misraları onun həyat devizidir. 
   Məmməd Məmmədov onu tanıyanların qəlbində uzun illər yaşayacaq, heç vaxt unudulmayacaq! Nursun nurlu oğlu, Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun!

Kamran Orucov
Sabaha-inamla.Az



Baxış sayı: 980


Bölməyə aid digər xəbərlər