Bütün xəbərlər
Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Tarix: 29-08-2019 15:19 | Bölmə: Manşet



Təbrikdə deyilir: "Hörmətli Mehriban xanım. İcazə verin, Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edim.
Arzu edirik ki, həmişə bu cür parlaq və güclü şəxsiyyət olasınız, var olasınız və bu dünyaya xeyirxahlıq və sevgi gətirməyə davam edəsiniz.
Bu xoş fürsətdən istifadə edərək, əsas məramı xeyirxah dünyada, tam mehriban şəraitdə, ölkələrimiz və xalqlarımız arasında qurub-yaratmaq üzrə əməkdaşlığın olduğu dünyada yaşamaq olan və bu cür də qalan TÜRKPA-nın fəaliyyətini dəstəklədiyinizə görə Sizə ən səmimi minnətdarlığımızı bildirmək istəyirik.
Qoy hər gün Sizə sülh, harmoniya, güc, ümid və sevinc gətirsin".


Baxış sayı: 338


Bölməyə aid digər xəbərlər