Bütün xəbərlər
Xalqın inam və sevgisini qazanan lider -TƏBRİK EDİRİK!
Tarix: 27-08-2019 03:05 | Bölmə: Manşet

Siz dünya dövlətlərinin ən ali mükafatlarını almısınız. Bu sizinin əməyinizə, zəhmətinizə, şəxsiyyətinizə verilən qiymətdir. Ən böyük mükafatlardan biri də xalqın sevgisidir ki, siz bunu çoxdan qazanmısınız. İçinizdəki, səmimiyyət, sadəlik, mərdlik, nəciblik və s. müsbət keyfiyyətləriniz sizi xalqın gözündə ucaldıb. Sizə inanan, ümid bəsləyən, pənah gətirən, darda olan insanlara əl tutmusunuz, köməklik göstərmisiniz. Bütün sahələrin inkişafı üçün əlinizdən gələni etmisiniz. Sizin simanızda Azərbaycan qadınının necə güclü, necə bacarıqlı, savadlı olduğunu bütün dünya dövlətləri qəbul və təsdiq edir. Əminik ki, indən belə də
Azərbaycanın inkişafı, çiçəklənməsi, xalqımızın firəvan yaşaması üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hörmətli Mehriban xanım Əliyeva, sizi doğum gününüz-55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik, can sağlığı, bu çətin və şərəfli işinizdə uğurlar arzulayırıq. 100 yaşayın. Tanrı sizi hər zaman qorusun!
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az saytının baş redaktoru



Baxış sayı: 979


Bölməyə aid digər xəbərlər