23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
“Mehriban Əliyevanın Rusiya Prezidenti tərəfindən təltif edilməsi dövlətlərimiz arasında dialoqun çox isti və səmimi olduğunu göstərir”
Tarix: 21-08-2019 15:10 | Bölmə: Manşet




Xəbər verdimiz  kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Dostluq” ordeni ilə təltif edilib. 
Rusiyanın “Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupunun baş icraçı direktoru, ekspert Mariya Suvorovskaya  bildirib ki, bu mükafat Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsinə töhfədir: “Rusiya ilə Azərbaycan arasında humanitar və media layihələrini həyata keçirən bir jurnalist və ictimai xadim olaraq  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərinin Rusiya Federasiyasının Prezidenti tərəfindən bu cür qiymətləndirilməsinə görə şadam. Bu, dövlətlərimiz arasında dialoqun çox isti və səmimi olduğunu göstərir. Heydər Əliyev Fondu Rusiyada bir çox mədəni, sosial və təhsil sahəsində layihələr həyata keçirir və dəstəkləyir. Bu, Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük əməyidir. Kimsəsiz uşaqlar üçün Yeni il tətili, Qurban bayramı münasibətilə xeyriyyə tədbirləri, uşaq evlərinə yardım, Fondun strategiyası diasporda gənclər təşkilatlarının inkişafıdır. Bütün bunlar, şübhəsiz ki, Rusiyada Azərbaycanın imicini formalaşdırır və xalqların dostluğunu təbliğ edir”.
Diaspornews.az



Baxış sayı: 452


Bölməyə aid digər xəbərlər