Bütün xəbərlər
Vergilər naziri Qubada qəbul keçirəcək
Tarix: 19-08-2019 18:22 | Bölmə: Manşet

               Vergilər naziri Qubada qəbul keçirəcək

Vergilər naziri Mikayıl Cabbarov 23 avqust 2019-cu il tarixində Quba rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Quba şəhəri, Yeni Körpü, 1) Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının sakinlərini qəbul edəcək.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar 20-22 avqust 2019-cu il tarixlərində Quba rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə QusarXaçmaz və Şabran rayonları vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər. 

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər. 


Baxış sayı: 289


Bölməyə aid digər xəbərlər