22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Bakı Dövlət Universitetinin professoru vəfat etdi
Tarix: 16-08-2019 19:38 | Bölmə: Manşet
                     

Ədəbiyyatşünas, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru, professor Pənah Xəlilov 94 yaşında uzun sürən xəstəlikdsən sonra vəfat edib. Modern.az-a bu barədə onun yaxınları məlumat verib.
Mərhumla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək.
Pənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. O ADU-nun filologiya fakültəsini bitirib (1943-1948), orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olmuşdur. "Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilmişdir. 1948-ci ildə Bakı Dövlət Universitetini bitirən Pənah Xəlilov ömrünün 75 ilini bu ali təhsil ocağına həsr edib.
 


Baxış sayı: 348


Bölməyə aid digər xəbərlər