23:52 / 24-04-2024
Fransada Olimpiadada terror aktı planlaşdıran yeniyetmə saxlanılıb
22:59 / 24-04-2024
Moskva vilayəti hökumətinin keçmiş sədr müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
22:31 / 24-04-2024
İlon Mask əmindir ki, gec-tez Qərbdə vətəndaş müharibəsi başlayacaq
22:24 / 24-04-2024
Bayden: "ABŞ bir neçə saat ərzində Ukraynaya silah tədarükünü bərpa edəcək"
22:20 / 24-04-2024
Dudayev: "Kadırov həddindən artıq güc, sağlamlıq və enerji ilə xəstədir"
22:15 / 24-04-2024
Üç rusiyalı boksçu Avro-2024-də medallara zəmanət verib
22:11 / 24-04-2024
Komi məhkəməsi Kasparov və Qudkovu qiyabi həbs edib
22:07 / 24-04-2024
FSB Tambovda terror aktı hazırlayan diversantı saxlayıb
21:55 / 24-04-2024
Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurları-Aybəniz Rüstəmova
21:45 / 24-04-2024
Lukaşenko bildirib ki, o, heç vaxt oğru olmayıb və övladlarına buna imkan verməyəcək
21:41 / 24-04-2024
Podnosova: "2023-cü ildə 39 milyon məhkəmə işinə baxılıb"
21:35 / 24-04-2024
Rusiyanın məhkəmə sistemində ciddi dəyişikliklər olmayacaq
21:32 / 24-04-2024
Pentaqon ATACMS raketlərinin Ukraynaya verildiyini təsdiqləyib
16:00 / 24-04-2024
Ukrayna Avropa Komissiyasından 1,5 milyard avro alıb
15:52 / 24-04-2024
"Spartak"ın sabiq baş məşqçisi Tedesko "Milan"ın qısa siyahısına daxil olub
15:46 / 24-04-2024
Qonşusunun qarajında qumbaranı partladıb
15:41 / 24-04-2024
Metroya giriş üçün pul ödəmək istəməyib...
15:31 / 24-04-2024
Londonda Kral At Mühafizəsinin bütün qaçan atları tutuldu
15:25 / 24-04-2024
Simferopol yaxınlığında çənlərin alışması nəticəsində 3 nəfər xəsarət alıb
10:49 / 24-04-2024
Ryazan yaxınlığında baş verən qəzada adi avtobusun sürücüsü həlak olub, 13 nəfər yaralanıb
10:37 / 24-04-2024
Primoryedə müalicə olunduqdan sonra nadir qartal təbiətə buraxılıb
10:31 / 24-04-2024
Odessada hərbi obyektdə baş verən partlayışlardan sonra şəhərin enerjisi qismən kəsilib
23:59 / 23-04-2024
Rusiya və ABŞ WADA-nın Çindən olan üzgüçülərlə bağlı qərarını tənqid edib
23:46 / 23-04-2024
Alek Bolduin təxribatçı jurnalistin əlindən telefonu çıxarıb
23:34 / 23-04-2024
Puşilin DXR rəhbərinin administrasiyasını ləğv etdi
23:27 / 23-04-2024
NATO Rusiya ilə münaqişə axtarmadığını bildirib
23:20 / 23-04-2024
Putinə müdafiə nazirinin müavininin saxlanması barədə məlumat verilib
22:50 / 23-04-2024
Zaporojye vilayətində PUA-nın hücumu nəticəsində 4 mülki şəxs həlak olub
22:44 / 23-04-2024
Rusiya müdafiə nazirinin müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
21:40 / 23-04-2024
Dani Olmo "RB Leipzig"dən ayrılaraq "Barselona"ya keçə bilər
21:35 / 23-04-2024
Paris Saint-Germain "Barselona"nın vunderkindi üçün 200 milyon avro ödəməyə hazırdır
21:30 / 23-04-2024
Baydenin helikopteri qazonda otların yanması səbəbindən ehtiyat vəziyyətinə gətirilib
21:25 / 23-04-2024
Bryanskda partlayış hazırlayan terror təşkilatının üzvü həbs edilib
21:19 / 23-04-2024
Raisi İsraili məhv etməklə hədələyib
21:13 / 23-04-2024
ABŞ Ukraynaya daha bir hərbi yardım paketi təqdim etməyə hazırlaşır
21:07 / 23-04-2024
Zelenskinin ofisi üçüncü dünya müharibəsinin başladığını elan etdi
Mikayıl Cabbarov Prezident müşavirəsindəki məsələlərlə bağlı hesabat verdi
Tarix: 06-08-2019 18:53 | Bölmə: Manşet
İyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, vergidən yayınma hallarına son qoyulması, vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi, vergi mədəniyyətinin yüksəldilməsi, əlverişli sahibkarlıq mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi yükünün aşağı salınması, çevik inzibatçılığın yaradılması ilə bağlı vergi orqanlarının gördüyü işlər diqqətdə saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Vergilər naziri Mikayıl Cabbarov qeyd olunan istiqamətlərdə 2019-cu ilin 6 ayı ərzində həyata keçirilən tədbirlər barədə hesabatla çıxış edən zaman məlumat verib.
Qeyd olunub ki, 2019-cu ilin yanvar-iyun aylarında vergi daxilolmalarının və qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım tempi bu sahədə ÜDM-in nominal artım tempini üstələyib.
Onun sözlərinə görə, dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi, effektiv vergi nəzarətinin tətbiqi, vergi uçotunun düzgün qurulması istiqamətində 2019-cu ilin birinci yarımilliyində aparılan tədbirlər nəticəsində “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin şəffaflaşdırılması prosesinin başlandığı müşahidə edilir:
“Bu ilin birinci yarısında qeydiyyata alınmış vergi ödəyicilərinin sayının, o cümlədən aktiv ödəyicilərin, habelə aktiv ƏDV ödəyicilərinin, qeydə alınmış obyektlərin (təsərrüfat subyektlərinin) sayının artması, qeyri-dövlət sektorunda əmək müqaviləsi bağlanmış muzdlu işçilərin sayında və əməkhaqqı fondunda, eləcə də iqtisadiyyatın ayrı-ayrı sektorlarında dövriyyələrin artımı vergi daxilolmalarına müsbət təsir edib.
Dövriyyələrin şəffaflaşdırılması sahəsində aparılan işlər, gəlirlərin bəyanetmə səviyyəsinin və könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, vergi inzibatçılığında həyata keçirilən islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən artım templəri həm tədiyyə növləri üzrə, həm də qeyri-neft-qaz sektorunun əksər sahələrdə vergi daxilolmalarının artımına səbəb olub”.
Hesabatda qeyd olunub ki, 2019-cu ilin yanvar-iyun aylarında vergi orqanlarının xətti ilə icmal büdcəyə 4 milyard 954 milyon manat vəsait daxil olub ki, bunun da 3 milyard 633 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 1 milyard 321 milyon manatı isə DSMF-ə ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır:
“Vergilər Nazirliyi tərəfindən vergi yığımı üzrə proqnoza 108,8 faiz əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz və ya 250 milyon manat çox vergi toplanıb. Vergi daxilolmalarının 70,0 faizi qeyri-neft-qaz sektorunun, 30,0 faizi neft-qaz sektorunun payına düşüb.Cari ilin 6 ayında 2019-cu il üzrə illik vergi proqnozunun 49,7 faizi, o cümlədən qeyri-neft sektoru üzrə illik proqnozun 51,1 faizi icra olnub.
Proqnozlaşdırıldığı kimi, Hasilatın Pay Bölgüsü Sazişləri üzrə neft hasilatının nisbətən aşağı düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları azalıb. 2019-cu ilin birinci yarımilliyində neft-qaz sektorundan daxilolmalar proqnozlara nisbətən 101,3 faiz icra olunsa da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz azalıb və 1.087,5 milyon manat təşkil edib. Bu azalma qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına tam kompensasiya olunmaqdadır”.
Bildirilib ki, qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 14,3 faiz və ya 319 milyon manat artaraq 2 milyard 545 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 112 faiz icra olunub, proqnozdan əlavə 279 milyon manat vergi toplanıb:
“Vergi daxilolmarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 70 faizə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 16 faiz artıb, özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77%-ə qalxıb. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92 faizə çatıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında yüksək artım templəri əsasən ƏDV, aksiz, mənfəət və əmlak vergisi üzrə qeydə alınıb. ƏDV daxilolmalarında artım 18 faiz, mənfəət vergisi üzrə 30 faiz, əmlak vergisi üzrə 18 faiz, mədən vergisi üzrə 16,2 faiz, aksizlər üzrə 4,8 dəfə təşkil edib. Vergi daxilolmalarında ƏDV, aksiz, əmlak və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 32,8 faizə, mənfəət vergisi üzrə 27,9 faizə, aksizlər üzrə 2,0 faizə, əmlak vergisi üzrə 2,3 faizə qalxıb. Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır”.
Bundan başqa, Vergilər nazirinin sözlərinə görə, bu ilin 6 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib:
“Daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (48 faiz), bank və sığorta sektorunda (45 faiz), nəqliyyat sahəsində (23 faiz), xidmət sektorunda (21 faiz), tikinti sahəsində (7,7 faiz), digər fəaliyyət sahələrində (19,8 faiz) qeydə alınıb. Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır.
2019-cu ilin yanvar-iyun aylarında regionlardan vergi daxilolmaları 12,6 faiz artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 10 faizə yüksəlib. Əmək bazarında şəffaflaşma proseslərinəbaşlanılması, nəticədə işçi sayının və əmək haqqı fondunun yüksək artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə daxilolmalar 16,3 faiz artaraq 1 milyard 273 milyon manat təşkil edib, proqnoz 112,5% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18 faiz artıb, proqnoz 116 faiz icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 47 faiz artaraq 48 milyon manat təşkil edib, proqnoz 116 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 60 faiz artıb, proqnoz 121 faiz icra edilib.
Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta və işsizlikdən sığorta haqları üzrə cari il üçün yığım proqnozu toplam 365 milyon manat artırılıb. Qeyri-neft sektorunun özəl bölməsində çalışan muzdlu işçilərə gəlir vergisi üzrə güzəştlərin tətbiqi nəticəsində ilin sonuna gözlənilən 300 milyon manat vergi itkilərinin sosial və işsizlikdən sığorta haqlarının artımı hesabına tam olaraq kompensasiya ediləcəyi nəzərdə tutulur”.
M.Cabbarov əlavə edib ki, Vergilər Nazirliyi mütəmadi olaraq vergi islahatlarının şəffaflaşmaya təsirlərinin monitorinqini aparır:
“Təhlillər göstərir ki, bir sıra fəaliyyət sahələrində dövriyyələr iqtisadi artımla müqayisədə dəfələrlə yüksək artım nümayiş etdirir, əqdlərin elektron sənədləşmə səviyyəsi isə əhəmiyyətli dərəcədə yüksəlməkdədir. Cari ilin 6 ayında qeyri-neft sektorunun ümumi dövriyyəsində elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 7 faiz artaraq 61,3 faizə çatıb. Ticarət sektorunda dövriyyə 22 faiz, o cümlədən pərakəndə ticarətdə 35 faiz, ictimai iaşədə isə 26 faiz artıb. Topdansatış ticarət və istehsalda elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 65 faizdən 78 faizə yüksəlib. Təkcə topdansatış ticarətdə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 65 faizdən 82 faizə qalxıb.
Cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyələrin artım tempi qeyri-neft sektorunda 20,6 faiz, o cümlədən ticarətdə 43,4 faiz pərakəndə ticarətdə 50,2 faiz, topdansatış ticarətdə raibtədə 41,8 faiz, rabitədə 23,7 faiz, qeyri-neft istehsal sahəsində 30 faiz, kənd təsərrüfatında 91,4 faiz, xidmət sektorunda 20,8 faiz təşkil edib.
Ticarət sektorunda dövriyyələrin şəffaflaşması özünü ƏDV dövriyyəsinin yüksək artım dinamikasında göstərir. Belə ki, ƏDV dövriyyəsi topdansatış ticarətdə 25,2 faiz, pərakəndə ticarətdə isə 40 faiz artıb. Bu sahələrdə alış əqdlərinin sənədləşməsi səviyyəsi də yüksəlməkdədir. Pərakəndə ticarətdə əldə edilən elektron qaimə-fakturaların dəyərində 50,2 faiz, ictimai iaşədə isə 23,1 faiz artım olub. Aksizli malların istehsalı və dövriyyəsi sahəsində vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsi nəticəsində cari ili 6 ayında alkoqollu içkilərin istehsalçıları üzrə dövriyyə 73 faiz, tütün məmulatlarının istehsalçıları üzrə dövriyyə isə 8,6 dəfə artıb. Bu sahələrdə elektron qaimə- fakturalar ilə rəsmiləşən dövriyyələrdə isə müvafiq olaraq 92,7 faiz və 10,8 dəfə artım müşahidə olunub”.
O bildirib ki, Vergilər Nazirliyinin vergi inzibatçılığının rəqəmsallaşması və fiskallaşma sahəsində həyata keçirməyə başladığı bir sıra layihələr dövriyyələrin şəffafflaşması prosesinə əlavə təkan verəcək:
“Belə ki, hipermarketlərdə və yanacaqdoldurma məntəqələrində yeni nəsil onlayn nəzarət-kassa aparatlarının quraşdırılmasına başlanılıb ki, bu da çeklərin tələb edilməsi müqabilində ƏDV-nin bir hissəsinin qaytarılmasına imkan yaratmaqla alqı-satqı əməliyyatlarının kütləvi rəsmiləşməsinə istehlakçılarda marağı artıracaq. Şəffaflaşma prosesləri özünü bank sektorundan keçən dövriyyələrin yüksək artım dinamikasında və digər müsbət monetar effektlərin baş verməsində də göstərir. Vergi ödəyicilərinin bank hesabları üzrə nağdlaşdırılan vəsaitlərinin məbləğinin azalması, habelə qeyri-dövlət sektorunun müəssisələrinin ƏDV depozit hesabında olan vəsaitlərinin qalığının 2,3 dəfə artması buna əyani sübutdur.
Bu şəraitdə özəl sektor müəssisələrinin banklarda Azərbaycan manatı ilə olan cari hesablaşma hesablarında vəsaitlərin qalığı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz, cari ilin əvvəlindən isə 20 faiz artıb ki, bu da ölkədə nağdsız əməliyyatların genişlənməsinin və dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir.Cari ilin iyun ayında əvvəlki ilin iyun ayı ilə müqayisədə sahibkar fiziki şəxslərin cari bank hesablarının sayı 20,6 faiz, hüquqi şəxslərin cari bank hesablarının sayı isə 29,3 faiz artıb.
İqtisadiyyatın və dövriyyələrin şəffaflaşdırılması şəraitində dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2018-ci ilin əvvəlindəki 60,1 faizdən cari ilin iyun ayının sonuna 52,9 faizə enib ki, bu da şəffaflaşma və nağdsız ödənişlərin genişləndirilməsi nəticəsində mümkün olub. İqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da biruzə verir. Cari ilin iyul ayının 1-nə ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz, aktiv obyektlərin sayı isə 14 faiz artıb”.
O qeyd edib ki, “kölgə” iqtisadiyyatının miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur:
“Cari ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əmək haqlarının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi artıq mühüm fiskal nəticələr verməkdədir. Güzəştin tətbiqi nəticəsində cari ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək müqavilələri sayının 75 faizini təşkil edir. Ən son məlumata görə cari ilin 7 ayının yekunu üzrə ölkədə cəmi əmək müqavilələrinin sayında ilin əvvəlindən 109 minə qədər, o cümlədən qeyri-dövlət bölməsində 84 minə qədər artım olub.
İşçi sayının şəffaflaşması prosesləri ilin əvvəlindən qeyri-dövlət təşkilatlarında çalışan muzdlu işçilərin əmək haqqı kartlarının sahiblərinin say etibarilə 18 faizdən çox artmasına səbəb olub. Nəticədə, cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək haqqı fondunun həcmi 22,8 faiz, o cümlədən cari ildə minimum əmək haqqının artırılmasının təsirləri də çıxılmaqla 21,4 faiz artıb. Bu, ümumi əmək haqqı fondunun əhalinin pul gəlirlərinə nisbətdə 2,5 faiz yüksəlməsinə səbəb olub. Bu dinamika sosial sığorta və işsizlikdən sığorta haqlarının yüksək templə artmasını şərtləndirib.
Qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi ölkədə məşğulluğun əhəmiyyətli hissəsini təşkil edən bu sahədə çalışan muzdlu işçilərin real gəlirlərinə əhəmiyyətli təsir göstərib. Belə ki, vergi güzəştinin tətbiqindən ötən 6 ay ərzində bu kateqoriya işçilərin sərəncamında qalan sərbəst vəsaitlərin məbləği 150 milyon manat təşkil edib. Cari ilin sonunadək həmin məbləğin 300 milyon manatadək artacağı proqnozlaşdırılır. Bu məbləğ əvvəlki illərdə dövlət büdcəsinə vergi şəklində ödənilirdi”.
Baxış sayı: 463
Bölməyə aid digər xəbərlər

23-04-2024, 21:30
Baydenin helikopteri qazonda otların yanması səbəbindən ehtiyat vəziyyətinə gətirilib
23-04-2024, 21:07
Zelenskinin ofisi üçüncü dünya müharibəsinin başladığını elan etdi
22-04-2024, 23:55
Bayden Zelenski ilə yeni müdafiə yardım paketləri haqqında danışıb
22-04-2024, 16:44
De Yonq "Real Madrid"lə oyunda zədələnib və Avro-2024-ü buraxa bilər
22-04-2024, 08:28
"Real Madrid" "El Klasiko"da "Barselona"dan qələbə qazanıb
21-04-2024, 23:06
Ukrayna prezidentinin ofisi hesab edir ki, İlon Maskda məntiq yoxdur
21-04-2024, 22:40
Litvada NATO müttəfiqlərinin iştirakı ilə hərbi təlimlər başlayıb
21-04-2024, 18:09
Pentaqon: ABŞ bir neçə gün ərzində Ukrayna Silahlı Qüvvələrini Almaniyadan sursatla təmin edə biləcək
20-04-2024, 18:48
ABŞ Konqresi Ukraynaya və Rusiyanın aktivlərinə yardım üçün qanun layihələrini nəzərdən keçirməyə başlayıb
20-04-2024, 18:39
Serbiya Parlamenti: Srebrenitsa soyqırımı ilə bağlı qətnamə BMT səlahiyyətlərini təhdid edir
20-04-2024, 15:56
Qaribaşvili: "Gürcüstan Aİ-yə qəbul olunarsa, xarici agentlər haqqında qanuna yenidən baxılacaq"
19-04-2024, 23:05
WP: Ukrayna Silahlı Qüvvələri anlayır ki, səfərbərlik mərmi aclığı fonunda heç nəyi dəyişməyəcək
19-04-2024, 22:38
NATO-nun baş katibi Ukraynanın Rusiya Federasiyasındakı hərbi obyektlərə zərbələrini qanuni hesab edir
19-04-2024, 08:15
Robert Vud: "Fələstin BMT-nin tamhüquqlu üzvü ola bilməz"
18-04-2024, 22:52
Makron: "Ukrayna üçün İsraillə eyni hava hücumundan müdafiə sistemi qurmaq mümkün deyil"
18-04-2024, 15:29
Peskov: "Oçeretnının Fransadakı villasının həbsi qanunsuzdur"
16-04-2024, 23:27
Bayden Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarına girməsinə qoyulan qadağanı uzadıb
16-04-2024, 22:41
"Bloomberg": Makron Putini sürprizlə tutmağa çalışmaqdan əsəbiləşib
16-04-2024, 16:54
Olaf Şolts Si Cinpindən Rusiyaya təsir göstərməsini istəyib
16-04-2024, 16:30
FA: Ukrayna İstanbul razılaşmalarından əvvəl ABŞ-la məsləhətləşmədi
14-04-2024, 14:39
Rusiyanın "Qasırğası" Ukrayna Silahlı Qüvvələrini birbaşa zərbə ilə Amerika haubitsasından məhrum etdi
13-04-2024, 22:33
Deputat Şeremet: "Ukrayna ABŞ-ın icazəsi ilə Zaporojye atom elektrik stansiyasına hücum edir"
13-04-2024, 21:09
Lavrov Əmirabdullahianla söhbətində İsrailin İranın Suriyadakı konsulluğuna zərbəsini pisləyib
13-04-2024, 20:47
"The Hill": ABŞ Konqresi tezliklə Kiyevə yardım variantlarını nəzərdən keçirməyə başlaya bilər
13-04-2024, 20:27
Volk: "Moskva polisi qırğız diplomatın həyat yoldaşının şikayətindən sonra araşdırmaya başlayıb"
11-04-2024, 22:41
Putin: "Rusiya heç vaxt Ukrayna ilə mübahisələrin sülh yolu ilə həllindən imtina etməyib"
11-04-2024, 22:00
Ukraynanın Moskvadakı səfirliyinin ərazisində Rusiya Federasiyasının bayrağı və Qələbə bayrağı asılıb
11-04-2024, 20:54
Lukaşenko qadınların orduya səfərbər edilməsi haqqında: "Onlar kosmosa uçmalıdırlar"
11-04-2024, 20:37
İrina Rodnina: "BOK-da işləri qaydaya salmağın vaxtıdır"
11-04-2024, 20:26
Lukaşenko Putinlə iqtisadi məsələləri müzakirə edəcəyini bildirib
11-04-2024, 19:34
Qrossi: "Zaporojye atom elektrik stansiyasına hücumlar nüvə qəzası riskini artırdı"
11-04-2024, 19:08
Ryabkov: "Rusiya və ABŞ kosmosda silah məsələsində təmasdadır"
10-04-2024, 22:44
Uollander: "ABŞ yaxın aylarda Ukraynaya kömək etməsə, investisiyalar nəticə verməyəcək"
9-04-2024, 23:06
Qrossi: "Zaporojye AES-in təlim mərkəzinə hücum hücumları davam etdirməyə hazır olduğunu göstərir"
8-04-2024, 23:16
Ramazanın sonuncu gününün duası - İmsak və iftar vaxtı
8-04-2024, 22:49
Rusiya beynəlxalq ictimaiyyəti Ukrayna Silahlı Qüvvələrinin Zaporojye AES-ə hücumunu pisləməyə çağırıb
7-04-2024, 19:04
Zelenski: "Amerika dəstəyi olmadan Ukrayna uduzacaq"
7-04-2024, 12:35
MWM: Rusiyanın "Su-34" döyüş təyyarələri indi daha ölümcüldür
6-04-2024, 23:02
Zelenski Qərb tərəfdaşlarının Ukraynaya qoşun göndərməsini istəyir