Rumıniya "Cənub Qaz Dəhlizi"nin genişlənməsində iştirak edəcək
Tarix: 04-08-2019 11:48 | Bölmə: Manşet

                                  


Rumıniya hökuməti ölkənin Energetika Nazirliyi, "Transqaz" şirkəti və "Cənub Qaz Dəhlizi" məşvərət şurası arasında "Cənub Qaz Dəhlizi"nin Balkan və Mərkəzi Avropada genişlənməsi mərhələlərində Rumıniya-Bolqarıstan interkonnektoru və Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya (BRUA) boru kəməri infrastrukturunun istifadəsi üzrə əməkdaşlığın potensialı barədə Anlaşma Memorandumu imzalayıb.
Trend bu barədə Rumıniyanın Energetika Nazirliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, Rumıniya-Bolqarıstan interkonnektoru, eləcə də BRUA layihəsi Xəzər və Aralıq dənizlərindən, Yaxın Şərq və ya Mərkəzi Asiyadan təbii qaz mənbələrinin Mərkəzi və Qərbi Avropa bazarlarına inteqrasiyasını təmin edəcək.
Tikintinin başa çatmasından sonra BRUA Macarıstana ildə 4,4 milyard kubmetr, Bolqarıstana 1,5 milyard kubmetr qaz nəql etməyə imkan verəcək.
Nazirliyin məlumatında bildirilir ki, bu təşəbbüs bir tərəfdən Rumıniyanın və Avropanın Xəzərin qaz ehtiyatlarına çıxışını təmin edir, digər tərəfdən isə BRUA-nı Mərkəzi Asiyanı Avropa ilə əlaqələndirən nəqliyyat sisteminə bağlayır.


Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər