Bütün xəbərlər
Xalqa bağışlanan ömür...
Tarix: 12-07-2019 14:56 | Bölmə: Manşet

14 iyul 1969 - cu il... Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda Heydər Əliyev AKP MK- nın birinci katibi seçildi.O zaman dahi şəxsiyyətin 46 yaşı vardı.Bu elə bir vaxt idi ki, respublikamız iqtisadi-siyasi durğunluq, mənəvi tənəzzül vəziyyətində idi.Azərbaycan milli gəlirin artım sürətinin və adambaşına düşən milli gəlirə görə SSRİ - nin orta göstəricisindən geri qalırdı.Və müttəfiq respublikalar arasında axırıncı yerlərdən birini tuturdu. Kənd təsərrüfatında da gerilik son həddə çatırdı. Məhz elə o zamandan Respublikadakı vəziyyət hərtərəfli təhlil olundu,yeni proqramlar işlənib hazırlandı.Heydər Əliyevin böyük uzaqgörənliyi və təşkilatçılığı sayəsində Azərbaycanda sənaye və kənd təsərrüfatı inkişaf etdirildi... Azərbaycan keçici qırmızı bayraqlara sahib oldu... Böyük təşkilatçılığı,nüfuzu onu Moskvaya apardı... 15 iyun 1993 - cü il... Azərbaycanda xaos, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı,seperatçı qüvvələrin fəallaşması...Ölkə rəhbərliyinin Azərbaycanı idarə edə bilməməsi.... Bəli,məhz bu dövrdə Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı.Bu qayıdışla Azərbaycanın müstəqilliyini qoruyub saxladı.Onun dağılmış iqtisadiyyatını bərpa etməklə yanaşı,yeni sənaye müəssisələrinin yaradılması haqqında qanunlar verdi.Beynəlxalq təşkilatlarla " Əsrin müqaviləsi" adlı neft kontraktlarına imzaladı. Azərbaycanı siyasi cəhətdən dünyada tanıtdı...Ölkədə sosial layihələr həyata keçirdi. 14 iyul Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi tamam olur. Bu gün dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial- iqtisadi layihələr, Azərbaycanımızın yüksək inkişaf dinamikasının özülü hələ 50 il bundan öncə qoyulub. İllər ötəcək,qərinələr bir- birini əvəz edəcək...Azərbaycan xalqı öz dahi oğlunu böyük məhəbbət və ehtiramla xatırlayacaq .
Gülnaz Abdullayeva
Azərbaycan Respublikasının əməkdar müəllimi










Baxış sayı: 626


Bölməyə aid digər xəbərlər