Bütün xəbərlər
Adil Əliyev: "Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində dövlətimiz tərəfindən əsaslı addımlar atılmışdır"
Tarix: 09-07-2019 00:53 | Bölmə: Manşet

Dostlar, Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarixi və memarlıq abidəsidir. Qafqazda XVlll əsr saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam şərqinin memarlıq incilərindəndir.
Əsası 1762-ci ildə qoyulan Azərbaycan memarlığının ən gözəl nümunələrindən biri olan Şəki Xan Sarayı abidəsinə dövlətimizin qayğısı sayəsində 24 oktyabr 2001-ci ildə mədəni irs numunəsi kimi ,, gücləndirilmiş mühafizə'' statusu verilmiş və UNESCO- nun Təcili Qorunmaya Ehtiyaci olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir. 
Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdilması və qorunması istiqamətində dövlətimiz tərəfindən əsaslı addımlar atılmışdır. 
7 iyun 2019 -cu il tarixində Bakı Konqres Mərkəzində UNESCO -nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında " Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyası Ümumdünya İrs Siyahısına daxil edilib. Hazırda Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri- maddi mədəni irsinin 13 nümunəsi UNESCO- nun qeyri-maddi mədəni irs siyahisında yer alır. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik etmişlər. Artiq Şəki Xan Sarayı və tarixi ərazisi beynəlxalq səviyyədə qorunmalı tarixi nümunələrdəndir.


Baxış sayı: 426


Bölməyə aid digər xəbərlər