Bütün xəbərlər
Azərbaycan gimnastı Universiadada qızıl medal qazanıb
Tarix: 07-07-2019 16:27 | Bölmə: Manşet

                                

Azərbaycanın idman gimnastı Marina Nekrasova İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 24 yaşlı idmançı qadınlar arasında dayaqla tullanma yarışında 14,000 xalla 1-ci yeri tutub. O, rusiyalı ən yaxın izləyiciləri Liliya Axaymova (13,975) və Yana Fyodorovanı (13,925) üstələməyi bacarıb.
Qeyd edək ki, bu, Azərbaycanın Universiadada ikinci medalı olub. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) gümüş medal əldə edib.


Baxış sayı: 260


Bölməyə aid digər xəbərlər