Bütün xəbərlər
“Mən ona elə bir tərbiyə verməmişəm ki...” - Vahid Əhmədov prokuror oğlundan DANIŞDI
Tarix: 07-07-2019 10:37 | Bölmə: Manşet
           

Prokurorluq orqanlarında həyata keçirilən yeni təyinat nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini Zəfər Əhmədov Qaradağ rayonunun prokuroru vəzifəsinə gətirilib. 
Modern.az-ın məlumatına görə, Zəfər Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun oğludur.
V.Əhmədov musavat.com-a oğlunun Qaradağ rayonuna prokuror təyin olunmasından danışıb:
“Oğlum uzun müddətdir ki, prokurorluq sistemində işləyib. O, müstəntiqdən başlayıb, idarə rəisinin müavini pilləsinə qədər yüksəlib. Prokuror təyin olunandan sonra da, əvvəl də ona tövsiyəm olub ki, haqqın, ədalətin yanında olsun və Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasında fəal işlər görsün. Həmçinin tövsiyəm olub ki, insanların şikayətlərini normal qəbul eləyib, Azərbaycan xalqına qulluq etsin. Vətəndaşların da onun hansısa qanunsuz əməllərindən şikayət etməsi mümkün deyil. Elə bir şey ola bilməz. Çünki mən elə bir tərbiyə verməmişəm və mənim keçdiyim həyat yolu onun üçün örnək olmalıdır”.


Baxış sayı: 403


Bölməyə aid digər xəbərlər