Nazir: “Şikayətlərin 25-i düz çıxdı” - Sahil Babayev vətəndaşlara paylanan arıq inəklərdən DANIŞDI
Tarix: 25-06-2019 15:48 | Bölmə: Manşet
                  

“Əhaliyə paylanılan mal-qaranın xəstə və ya qoca olması ilə bağlı 700-dən çox şikayət almışıq. Buna görə də  700 araşdırma təyin etdik. Araşdırma zamanı şikayətlərin 25-nin düz olduğu ortaya çıxdı”. 
Bunu Modern.az-a açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, mal-qara məsələsində saxtakarlığa yol verilib:
“Siz indi saxtakarlığın dərəcəsinə baxın.  Həmişə deyirəm ki, niyə 2017-ci ildə heyvanlar veriləndə kimsə danışmırdı?! 2018- ci ildə hamı eşitdi, bildi. 30 min heyvan verildi. Ancaq kiçik bir faizini  şişirtdilər. İndi isə ikinci tendensiya başlayıb. Gəlib deyirlər ki, verilən heyvan xəstədir. Noyabr ayında biz heyvanı verəndə onun baytar arayışı, heyvanın şəkli  var idi. Qida Təhlükəsizliyi Agentliyindən xahiş etdik, məsələ ilə yerində tanış oldular. 146 heyvanda xəstəlik aşkar olundu. İstənilən fermer heyvan götürüb 6 ay saxlayandan sonra həmin heyvanlaın  içərisində xəstələnəni də olacaq.  Vətəndaş gəlib deyir ki, inək öskürür. Deyirəm ki, “ay ağsaqqal, bu heyvanları harada saxlayırsan?”. Cavab verir ki,  “həyətdə saxlayıram”. Təbii, həyətdə saxlayanda xəstələnəcək. Həmçinin, demək istəmirəm ki, gələn vətəndaş yalan deyir. Ola bilər ki, düz deyir. Ola bilər ki, bizimkilərin səhvi olub. 25 əməkdaşımla bağlı   prokurorluğa özüm təqdimat vermişəm. Cinayət işi açılıb. Bunu özüm açıqlamamışam. Bunu açıqlamaq mənə nə verəcək ki?”.
Nazir bildirib ki, 9 milyon manat vəsaitin  əməkdaşlarının hesabına dövlət büdcəsinə köçürülməsini təmin edib.
“Bu iş davam edəcək. Səhv tapanda cəzalandıracağıq”.


Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər
14-07-2019, 15:26 22 il əvvəl... - VİDEO