Bütün xəbərlər
Zakir Qaralov Əli Nağıyevdən DANIŞDI
Tarix: 21-06-2019 20:08 | Bölmə: Manşet
                          

Bu gün Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralovun, Respublika Baş Prokurorluğunun kollegiyasının üzvlərinin, eləcə də mərkəzi aparatının kollektivinin iştirakı ilə Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi ilə bağlı Baş Prokurorluqda tədbir keçirilib.
 
Modern.az xəbər verir ki, baş prokuror çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamına əsasən, Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi ilə bağlı dövlət başçısına minnətdarlığını bildirib. O və digər çıxış edənlər 2011-ci ildən Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış Əli Nağıyevin xidmətlərini yüksək qiymətləndirib və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi kimi ona gələcək fəaliyyətində uğurlar diləyiblər


Baxış sayı: 491


Bölməyə aid digər xəbərlər