Bütün xəbərlər
Sumqayıtda “Dayanıqlı inkişaf məqsədləri gənclər üçün” mövzusunda konfrans keçirilib
Tarix: 20-06-2019 15:00 | Bölmə: Manşet


Yeni Azərbaycan Partiyasının və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfrans keçirilib.
BMT-nin elan etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təmin olunması istiqamətində görülən işlərə töhfə vermək məqsədi daşıyan konfransın iştirakçıları əvvəlcə müasir, müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası katibliyinin rəhbəri Hüseyn Hüseynovun moderatorluğu ilə keçən konfrans işini iki paneldə davam etdirib.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin deputatları, Tahir Mirkişili, Məlahət İbrahimqızı , Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov,Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov panellərdə çıxış edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanda görülmüş işlər barədə iştirakçılara ətraflı məlumat veriblər.
sumqayitxeber.com


Baxış sayı: 524


Bölməyə aid digər xəbərlər