Bütün xəbərlər
Moldova prezidenti: "Azərbaycanla çox yaxşı münasibətlərimiz var"
Tarix: 06-06-2019 20:05 | Bölmə: Manşet

                                          

"Azərbaycanla çox yaxşı münasibətlərimiz var, prezidentlər səviyyəsində çox yaxşı əlaqələrimiz var. Həm MDB çərçivəsində çoxtərəfli, həm də ikitərəfli münasibətlərimiz var".
Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Moldova prezidenti İqor Dodon deyib.
"Ümid edirəm ki, bu il İlham Əliyev Moldovaya gələ biləcək. Parlamentlərarası Komissiyanın işini yenidən bərpa etmək barədə razılığa gəlmişik. Bu ilin martında 7-ci Qlobal Bakı Forumunda iştirak etdim və Azərbaycan Prezidenti ilə ilin ikinci yarısında onun da Moldovaya gəlişinin mümkünlüyü barədə razılığa gəldik. Heydər Əliyev Fondunun dəstəyi ilə Qaqauz Yeri Muxtar Ərazi Qurumunda Mədəniyyət-Təhsil Mərkəzi tikirik və ən qısa zamanda onun açılışını etmək istəyirik. Odur ki, Prezident Əliyevin gəlişini gözləyirik", - deyə İ.Dodon vurğulayıb.


Baxış sayı: 319


Bölməyə aid digər xəbərlər