Bütün xəbərlər
Bu gün Bakıda 33, rayonlarda 36 dərəcə isti olacaq
Tarix: 03-06-2019 09:55 | Bölmə: Manşet

                                

Bu gün ölkə ərazisində isti yay havası müşahidə olunacaq.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 29-33° isti, Bakıda 31-33° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu isə aranda 31-36° isti, dağlarda 20-25° isti təşkil edəcək.


Baxış sayı: 358


Bölməyə aid digər xəbərlər