23:30 / 17-06-2019
TƏBRİK EDİRİK!
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Tarix: 27-05-2019 17:36 | Bölmə: Manşet

                 

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin ölkəniz sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır.
Rusiyada Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirlər. Əminəm ki, biz bütün sahələrdə səmərəli ikitərəfli əlaqələri, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsində konstruktiv qarşılıqlı fəaliyyəti birgə səylərimizlə bundan sonra da uğurla inkişaf etdirəcəyik. Heç şübhəsiz ki, bu, dost xalqlarımızın əsas mənafelərinə uyğundur.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə firavanlıq və rifah diləyirəm".


Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər