Bütün xəbərlər
Kraliça II Elizabet Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib
Tarix: 20-05-2019 19:02 | Bölmə: Manşet

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdakı illərdə Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram".


Baxış sayı: 294


Bölməyə aid digər xəbərlər