Bütün xəbərlər
Millət vəkili: Hər bir azərbaycanlı beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentini dəstəkləməlidir
Tarix: 17-05-2019 13:18 | Bölmə: Manşet

                         

Azərbaycan Prezidenti İlham Əliyev Belçikada keçirdiyi görüşlərdə ölkəmizin ərazi bütövlüyü məsələsini qaldırdı.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib.
Millət vəkili bildirib ki, hər bir azərbaycanlı beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentini dəstəkləməlidir:
“Xaricdə yaşayan azərbaycanlılar işğalçı ölkə olan Ermənistanın baş nazirinə qarşı etiraz aksiyası keçirməlidirlər. Son dövrlərdə bu istiqamətdə işlər aparılır. Diasporla İş üzrə Dövlət Komitəsi azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib işlər görür”.



Baxış sayı: 272


Bölməyə aid digər xəbərlər