Əli Əhmədov: "Azərbaycan vətəndaşlarının ehtiyacları daha dərindən araşdırılmalı və həll olunmalıdır"
Tarix: 14-05-2019 10:57 | Bölmə: Manşet

                          


Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu başlayıb.
"Report" xəbər verir ki, üç gün davam edəcək tədbirdə BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir.
Forumun açılışında çıxış edən Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovbeynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb.
O, ölkədə aparılan islahatların sosial təminat sahəsində də uğurlu nəticələr verdiyini deyib: "Azərbaycan islahatlar keçirilməsi sahəsində dünya miqyasında önəmli yer tutur. İslahatların əhəmiyyətli hissəsini sosial sahədə həyata keçirilən işlər tutur. Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfdən işğal olunub və 1 milyona yaxın insan məcburi köçkün düşüb. Onlar evlərini, iş yerlərini itiriblər. Uzun illər bu vəziyyətin davam etməsinə baxmayaraq, əhalinin 10 faizini təşkil edən qaçqın və məcburi köçkünlərin hər cəhətdən təmin edilməsi, yaşayış şəraitinin yaşılaşdırılması hökumətin üzərinə düşür. Onlar üçün mənzillərin tikilməsi, müavinətlərin verilməsi, iş yerlərinin yaradılması böyük vəsait tələb edir".
Ə.Əhmədov qeyd edib ki, müharibə nəticəsində əlilliyi yaranan Azərbaycan vətəndaşları sosial qayğı ilə təmin olunublar: "Təqaüdlərin, pensiyaların verilməsi, bütün bunların hamısı Azərbaycanın sosial təminat rejiminin işlədiyi gərgin rejimlərdən biridir. Azərbaycan əhalisi yüksək templə artır. Çoxuşaqlı ailələrin sayı əhəmiyyətli dərəcədədir. Bu ailələrin sosial müdafiəsinin təşkili mühüm əhəmiyyət kəsb edir".
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan vətəndaşlarının maraqları və ehtiyacları daha dərindən araşdırılmalı və həll olunmalıdır.
Forum çıxışlarla davam edir. 


Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər