Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı
Tarix: 11-05-2019 03:10 | Bölmə: Manşet




Görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Sumqayıt şəhərində qeyd edilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Daha sonra “Kimyaçı” Mədəniyyət sarayında respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
Vurğulanıb ki, sumqayıtlılar ulu öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmaz bir faktdır. Ölkəmizə rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılıb. Sumqayıt ötən əsrin 40-cı illərində salınsa da, məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərində inkişafa başlayıb və şəhərə yeni nəfəs verilib.
Bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam edir. Sumqayıt son illər əsaslı tikinti və quruculuq meydanına çevrilib. Sumqayıtın əvvəlki şöhrətinin özünə qaytarılması və sakinlərinin sosial problemlərinin həlli həmişə dövlət başçısının diqqət mərkəzindədir. Bu və digər inkişaf perspektivləri Sumqayıtı ölkəmizin aparıcı şəhərlərindən birinə çevirmişdir.
www.sumqayitxeber.com

 


Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər