Bütün xəbərlər
DGK sədri Sumqayıtda vətəndaşları qəbul edib (FOTO)
Tarix: 01-12-2018 22:14 | Bölmə: Manşet



Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Sumqayıt şəhərində vətəndaşları qəbul edib.
Komitədən Trend-ə verilən məlumata görə, DGK sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbulda bölgədə yerləşən və aidiyyəti rayonların - Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən və Qubadlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri S.Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.













Baxış sayı: 378


Bölməyə aid digər xəbərlər