Bütün xəbərlər
MÜSİAD Türkiyəyə qarşı yönələn sanksiyalara münasibət bildirib
Tarix: 14-08-2018 14:12 | Bölmə: Manşet




Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) ABŞ tərəfindən birbaşa ölkə iqtisadiyyatını hədəfə alan sanksiyalara münasibət açıqlayıb.
Trend-in məlumatına görə, MÜSİAD açıqlamasında bütün dünyaya "dövlətimizin yanındayıq" mesajını ünvanlayıb.
Ticarət diplomatiyası məqsədilə ölkə daxilində 84, xaricdə 76 ölkədə, 206 fərqli nöqtədə xidmət göstərən Türkiyənin ən məşhur qeyri-hökumət təşkilatı olan MÜSİAD Türkiyə iqtisadiyyatını hədəfə alan siyasi və iqtisadi sanksiyalara və təzyiqlərə baxmayaraq, seçilmiş qanuni hökumətin yanında yer alacağını vurğulayıb:
"Son dövrdə ölkəmizin məruz qaldığı, heç bir iqtisadi qayda ilə əsaslandırılmayan qeyri-etik siyasi oyunları ən ağır şəkildə pisləyirik. Çıxdığımız uzun yolda, milli iqtisadi modelimizi hədəfə alan bütün hücumlara qarşı nəticəsindən asılı olmayaraq dövlət başçımızın və iqtisadi rəhbərliyimizin sonuna qədər yanında olduğumuzu bəyan edirik. Bu iqtisadi müharibədə itirməyəcəyik. Qətiyyətli mövqeyimizdən geri çəkilməyəcəyik. Çətin vaxtlarda birləşməyi bacaran xalqımız əzilməyəcəyini bir daha bütün dünyaya göstərəcək. Bu barədə dövlətimizə və xalqımıza güvənimiz var. Türkiyənin ən geniş əsaslı kapital strukturu olaraq MÜSİAD bu mübarizədə üzərinə düşən hər nə varsa etməyə hazırdır. Allah doğruların yanındadır. Bütün ictimaiyyətə hörmətlə çatdırılır".


Baxış sayı: 325


Bölməyə aid digər xəbərlər