Bütün xəbərlər
Xəzəryanı dövlətlərin XİN başçıları Xəzər sammitinə hazırlığı müzakirə ediblər (FOTO)
Tarix: 12-08-2018 10:53 | Bölmə: Manşet

V Xəzər sammiti ərəfəsində Aktauda Qazaxıstan tərəfinin sədrliyi ilə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçirilib.
Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın xarici işlər nazirliyi məlumat yayıb.
Müşavirənin işində Azərbaycanın, İranın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif, Kayrat Əbdrəhmanov, Sergey Lavrov və Rəşid Meredov iştirak ediblər və "Xəzər beşliyi"nin qarşıda duran yüksək səviyyəli görüşünə hazırlıq işlərinə yekun vurublar.
Qazaxıstanın XİN rəhbəri K.Əbdrəhmanov bildirib: "Bu gün biz güzəştə yönələn və qarşılıqlı məqbul qərarların axtarışına yönələn səylər sayəsində Xəzər dənizində qarşılıqlı fəaliyyətə aid bütün məsələlər üzrə razılığa gələ bildik. Bunun sübutu isə prezidentlərin imzalanmasına çıxarılan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyadır".
Vurğulanır ki, Xəzəryanı dövlətlərin başçılarının şəxsi diqqət və fəal iştirakı olmadan görülən işləri həyata keçirmək mümkün olmazdı.
V Xəzər sammiti zamanı imzalanması planlaşdırılan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın müddəalarının həyata keçirilməsi üzrə tərəflərin gələcək fəaliyyət öz əksini Xəzəryanı dövlətlərin XİN rəhbərləri tərəfindən qəbul olunan Protokol qərarında tapıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin









Baxış sayı: 463


Bölməyə aid digər xəbərlər