Bütün xəbərlər
"Bakının uğurlu siyasətinə görə Tramp istisnalar edir"
Tarix: 09-08-2018 01:21 | Bölmə: Manşet

                   


 
ABŞ Prezidenti Donald Trampın İrana qarşı sanksiyaların Cənub Qaz Dəhlizi layihəsinə şamil edilməməsi ilə bağlı göstərişi Azərbaycanın uğurlu siyasətinin nəticəsidir.
Bu barədə Publika.az-a açıqlamasında politoloq Elnur Soltan deyib.
Onun sözlərinə görə, İran Cənub Qaz Dəhlizinin boru kəmərlərində - TANAP, TAP – yer almır, lakin “Şahdəniz” yatağında İranın NİOC şirkətinin kiçik bir payı var:
“İndiyə qədər tətbiq edilən ABŞ sanksiyalarında da bu istisna nəzərə alınmışdı. Trampın bu dəfə də eyni qərarı verməsi və Cənub Qaz Dəhlizini sanksiyalardan uzaq tutması Azərbaycan siyasətinin uğurudur”.
E.Soltan Azərbaycanın ABŞ-da lobbi siyasətinin xüsusi çəkiyə malik olduğunu qeyd edib.
“Bu gün ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Azərbaycanın regiondakı əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, rəsmi Bakının uğurlu siyasəti Donald Trampın belə istisnalar etməsini təmin edir. Hesab edirəm ki, Trampın mövqeyi İtaliyada yerli hökumətlər tərəfindən TAP kəmərinə yaradılan problemləri də aradan qaldıracaq. Tramp İtaliyanın baş naziri ilə Vaşinqtondakı görüşündə bu məsələni xüsusi qeyd etdi və Cənub Qaz Dəhlizinə dəstəyini bir daha vurğuladı”, - deyə politoloq bildirib.


Baxış sayı: 345


Bölməyə aid digər xəbərlər