Bütün xəbərlər
Ermənilər azərbaycanlı qızı güllələdilər
Tarix: 16-06-2018 11:22 | Bölmə: Manşet
Qazax Daqnostika Mərkəzi

BAKI, 15 iyun — Sputnik. Ermənilərin açdığı atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləma Aqif qızı ayağının topuq nahiyəsindən güllə yarası alıb. Yaralı yaxınları tərəfindən Qazax şəhər Diaqnostika Mərkəzinə çatdırılıb.
Güllə Güləma Ağamalıyevanın topuq nahiyəsinə dəyib
Güllə Güləma Ağamalıyevanın topuq nahiyəsinə dəyib

Xəsarət alanın əmisi Əvəz Ağamalıyev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, hadisə G.Ağamalıyeva öz evlərinin həyətində quzu otararkən baş verib. O, hadisə zamanı 3 güllə səsi eşitdilərini deyib.
Qazax Daqnostika Mərkəzinin həkimi Aişə Əlisgəndərova yaralının sol ayaq pəncəsini dəlib keçən güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini, hazırda vəziyyətinin kafi olduğunu bildirib








Baxış sayı: 501


Bölməyə aid digər xəbərlər