Bütün xəbərlər
Son zəng tədbiri keçirildi
Tarix: 15-06-2018 01:32 | Bölmə: Manşet

Bu gün Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 2017/2018-ci dərs ilinin "Son zəng" tədbiri keçirildi. Tədbirdə qonaqlar - Sabunçu rayonu İcra Hakimiyyətinin nümayəndələri, şəhid valideynləri, müharibə və əmək veteranları, valideynlər və ali məktəblərdə oxuyan keçmiş məzunlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Gülnaz Abdullayeva açdı. O, 2017/2018-ci dərs ilində bilik olimpiadalarında, idman yarışlarında məktəbin şagirdlərinin qazandığı uğurlu nəticələri qeyd etdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikası Təhsil İslahatı Proqramının bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Şagirdlərə buraxılış imtahanlarında və gələcək həyatlarında uğurlar arzuladı. Tədbir böyük konsert proqramı ilə davam etdi.












Baxış sayı: 810


Bölməyə aid digər xəbərlər